"Həkimlər sağ olsunlar, üzərimdə əsirlər. Azərbaycanda müraciət etmədiyim həkim qalmayıb. Bu xəstəliyin qarşısı alına bilər. Dörd ildir mübarizə aparıram. Əməliyyatı çox bahadır. Bizim ölkədə yoxdur. Türkiyə və Rusiyada edilir, 30 min dollardır".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Xəzər axşamı" verilişində deyib. Parkinson xəstəliyindən əziyyət çəkən sənətçi müalicə olunduğunu bildirib:
"Ötən dəfə verilişinizdə qonaq olarkən əllərim daha çox əsirdi, hazırda azalıb. Bu gün də klinikaya getmişdim, sabah da baş çəkəcəyəm. Fizioterapiya da olub, dərman da qəbul edirəm. Əsas əsəbdən uzaq olmaq, gəzmək və su içmək lazımdır. Stressdən yarandı, müəyyən illər özümə fikir vermədim. Rayonlar, qastrollar, səhərə kimi yatmadım. Bu xəstəlik irsən də keçir.
Əməliyyatını iki cür edirlər. Bir üsulda beyinə çip qoyulur. Digərində isə beyinə istilik vurulur. Hazırda alman üsulu ilə müalicə alıram. Azərbaycanda parkinson xəstələri çoxdur. Dövlətimizə müraciət edirəm ki, ölkəmizdə də parkinsonizm mərkəzi yaradılsın. Xəstəliyə görə mənə də müraciət edirlər, yönləndirirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun