Müğənni Səidə Dadaşova estetik əməliyyatlardan danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan ifaçı indiyə qədər üzünə heç bir estetik müdaxilə etdirmədiyini bildirib.
"Bu yaşıma qədər üzümdə heç bir estetikim yoxdur. İllər əvvəl bir az buxamı düzəltdirmişəm. Gənclik illərimdəki formamı qaytardı mənə. Amma burun, qaş, göz, dodağıma heç bir şey etdirməmişəm. İndi qırışları, mimikaları bilirsiniz ki, çoxları etdirir. Amma mən yox".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun