35 yaşlı müğənni vəfat etdi - FOTO

35 yaşlı müğənni vəfat etdi - FOTO

Cənubi Afrikanın 35 yaşlı pop müğənnisi İkonu Zahara dünyasını dəyişib.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın idman, incəsənət və mədəniyyət naziri Zizi Kodvadır  açıqlama verib.

Nazir açıqlamasında bildirib ki,  əsl adı Bulelwa Wkutukana olan müğənni Zaharanın qaraciyərində yaranan ağırlaşmalar səbəbilə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, müğənni 2011-ci ildə "Loliwe" albomu ilə Afrikada məşhurlaşıb.

Həmçinin, 2019-cu ildə alkoqol asılılığı ilə mübarizə apardığını açıqlayan Zaharanın ailəsi ötən ay müğənnini xəstəxanaya yerləşdirmişdi.

Yohannesburqda xəstəxanada dünyasını dəyişən Zahara keçən il radioya verdiyi müsahibədə musiqini tanınmaq üçün deyil, şəfaya ehtiyacı olan qırıq ruhlara rahatlıq vermək üçün etdiyini bildirmişdi.

Cənubi Afrikada da qadınlara qarşı şiddətə qarşı mübarizə aparan Zahara özünün də zorakılığa məruz qaldığını bildirib.

Milli.Az