Aktrisa Yüsra Geyik İstanbulun Etlier səmtində görüntülənib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ayaqüstü jurnalistlərin suallarını cavablandıran aktrisa bahalıqdan şikayətlənib.
O qeyd edib ki, qiymət artımına görə uzun müddətdir evinə köçə bilmirmiş:
"Bahalıq səbəbilə evimə köçə bilmirdim. Sağolsunlar axırda insaga gəldilər. Son zamanlar evimə köçməyə çalışıram.
2023-cü il mənim üçün xoş hadisələrlə yadda qaldı. Astroloqlar 2024-cü ilin daha da yaxşı olacağını deyirlər. Mən belə şeylərə inanəıram amma bu qərarlarıma o qədər də təsir etmir".
Xatırladaq ki, Yüsra Geyik hazırda "Aile" serialında rol alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun