"Qlyukoza" reabilitasiyaya yerləşdiriləcək

"Qlyukoza" reabilitasiyaya yerləşdiriləcək

"Qlyukoza" ləqəbi ilə tanınan rusiyalı müğənni Natalya İonova tezliklə reabilitasiyaya yerləşdiriləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qohumları və onun komandası Rusiyada və xaricdə variantları nəzərdən keçirir. Müğənninin özü də buna qarşı deyil. İndi ona iki mühafizəçi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl konsertlərin birində tamaşaçılar müğənninin qəribə davranışını görüblər. Görüntülərə əsasən, o, özünə vulqar jestlərə yol verib, söyüş söyüb və çox sərxoş halda nəzərə çarpıb.

Müğənni sonradan vəziyyətinin antidepresantlar və yuxu həbləri qəbul etdikdən sonra belə olduğunu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun