Parisdəki Olimpiyadada iştirak edəcək

Parisdəki Olimpiyadada iştirak edəcək

Amerikalı aktyor Tom Kruz Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hollivud ulduzu Olimpiya estafetinin 2028-ci il Yay Oyunlarına ev sahibliyi edən Los-Ancelesə ötürülməsi səhnəsində görünəcək. Onun dəqiq hansı rolu oynayacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, Kruz əvvəllər bir dəfə Olimpiya yarışlarında iştirak edib. O, 2004-cü ildə Afina Olimpiadasının açılışından əvvəl Los-Anceles ərazisində Olimpiya məşəlini daşıyıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun