Aysunun keçmiş ərindən paylaşım: “Ad günün mübarək, mələyim“ - VİDEO

Aysunun keçmiş ərindən paylaşım: “Ad günün mübarək, mələyim“ - VİDEO

Bir müddət öncə Aysundan boşanan Eşqin Cəlilov son paylaşımı ilə gündəmə gəlib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, qızı ilə birgə çəkilmiş görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

Eşqin ilk evlilikdən dünyaya gələn qızının ad günü olduğunu qeyd edib:

"Ad günün mübarək, mələyim. Atasının mələyi, xoşbəxt ol".

Xatırladaq ki, AysunEşqinin ondan əvvəl ailəli olduğunu etiraf etmişdi:

"Eşqin məndən öncə rus qadınla evlənib. Ona "cavanlıq səhvi" deyir. Bir qızı var. Tanış olanda bilmirdim əvvəl ailəli olub. 4 il əvvəl ayrılıblar".

Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərarına gəlib. Mayın 26-da Aysun fiziki şiddətdən şikayətlənmiş, E. Cəlilov 30 sutkalıq həbs olunmuş, şikayət ərizəsi sonradan geri götürülmüşdü.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun