Bir müddət əvvəl sosial şəbəkədə "aşiqəm" paylaşımı edən Şeyma Subaşının yeni eşqi üzə çıxıb. Şeyma Subaşı yaxın dostu, braziliyalı model Marta Qraeffin keçmiş əri Roni Seykali ilə sevgilidir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, hazırda hər ikisi Bodrumda ayrılıqda istirahət edirlər. Şeyma tez-tez Roninin qayığına gedib-gəlir.
Məlum olduğu kimi, Şeyma Subaşı və Marta Qraeff Mayamidə çox yaxın dost olublar.
Subaşı tez-tez Marta və onun o vaxtkı əri Roni Seykali ilə əylənirdi. 59 yaşlı Roni Seykali keçmiş NBA oyunçusudur. Marta Qraeff və Roni Seykali 2015-ci ildə evlənib və bir qız övladı var.
Marta Qraeff keçmiş əri Roni Seykali ilə Şeymanın birlikdə olduğunu öyrənincə "İnstagram"da Subaşını izləməyi dayandırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun