Müğənni Zeynep Bastık dünən gecə meneceri vəzifəsini davam etdirən keçmiş əri Tolqa Strim və yeni sevgilisi ilə bir məkanda əylənib.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, dünən axşam yeni sevgilisi Ali Can Ayyıldızla birlikdə "Stream"in təşkil etdiyi partiyə gedən Bastık keçmiş əri ilə eyni məkanda görüntülənib.
Məkan qarşısında müsahibə verən Bastık, sevgilisi və keçmiş həyat yoldaşı ilə yan-yana olması ilə bağlı suala isə "2024-cü ildir, o fikirlərdə deyilik artıq" cavabını verib.
Müğənninin sözləri qısa zamanda sosial şəbəkədə trend mövzularına çevrilib.
Qeyd edək ki, 2021-ci ildə ailə quran Zeynep Bastık və meneceri Tolqa Strim evliliklərinin birinci ili bitmədən boşanmaq qərarına gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun