İş xanımı Ruhiyyə Əliyevanın rəhbəri olduğu “Liatris Holding” Müdafiə Nazirliyi tərəfindən təltif olunub.
OLAY yazır ki, Nazirlik şirkətə xidmətlərinə görə, “Fəxri fərman” təqdim edib.
Bildirilib ki, Azərbaycanda mətbuat sahəsinin inkişaf etdirilməsində, Azərbaycan Ordusunun yüksək səviyyədə təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində əldə edilmiş nailiyyətlərə görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 149-cu ildönümü münasibətilə təltif olunur.