Türkiyənin reytinqli layihələrindən olan "Kim Milyoner Olmak İster"in ötəngünkü buraxılışı müzakirələrə səbəb olub.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, yarışa qatılan Ayşe Naz Babalık adlı iştirakçı asan suala cavab verə bilməməsi ilə hər kəsi təəccübləndirib.
Qalatasaray Universitetinin Hüquq fakültəsinə daxil olan Ayşe Babalık Türkiyədə keçirilən Ali təhsil müəssisələri imtahanında da 75-ci olub.
O ilk verilən, asan sualı cavablaya bilməyib və auditoriyanın köməyini istəyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun