Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.
OLAY yazır ki, əklil mərhumun məzarı önünə qoyulub.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, səkkiz gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.