Aparıcı Vüsalə Əlizadə qısa zamanda artıq çəkilərindən xilas olduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.
“Son bir ayda 58 kiloqramdan 54-ə düşdüm. Pəhriz demək olmaz, sadəcə doğru seçimlər və qadağalar deyək. Çox xanım yazır ki, paylaşın, bölüşün, bizə dəstək olun. Baş üstə. Amma belə şərt kəsək, sabahdan başlayacağam, bu gün yeyim, sabah olmasın. Öncəliyimiz güclü və iradəli olmaqdır. Çörək, un məhsulları, şirniyyat, “fast-food” qidalara, qazlı içkilərə, dondurmaya yox deyirik.
Bəli, nəticəni görəndən sonra özümüzə hədiyyələr edə bilərik. Məsələn mən günlər sonra dünən bir peraşki yedim. Bu günə - saat 09:00-da 1 stəkan ilıq limonlu su ilə başlamışam. 12:00-da yaşıl alma. Saat 4-də gavalı qurusu ilə çay (yaşıl çay olsa, daha yaxşı olar) içmişəm”, - deyə, Vüsalə vurğulayıb.