"Nənəmin qəbri üstündə yalvardım ki, atamı aparma" - Məmmədbağır Bağırzadənin oğlu - VİDEO

"Nənəmin qəbri üstündə yalvardım ki, atamı aparma" - Məmmədbağır Bağırzadənin oğlu - VİDEO

Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin müğənni oğlu Rahim Bağırzadə "AStar" layihəsində atası ilə bağlı sualları cavablayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, atasının xəstəlikdən dünyasını dəyişdiyini bildirib:

"Öd kisəsində daş olub və daşıb gəlib kanallarda dayanıb. Bu da mədəaltı vəzinin ifrazını saxlayıb. Bu gün nə qədər öd kisəsi çıxarılıb yaşayan adamlar var. Özü getmədi, iynə-dərmandan qorxurdu. Bir də gördük qarnı şişib ən boyda olub. Sən demə mədəaltı vəzi işləməyib. Əgər öd kisəsini vaxtında çıxartsaydıq bu gün kim biləcəkdi bunu? Buna tale də deyə bilmərəm. 2 dəfə əməliyyat oldu. Cəmi bir dəfə oktyabrın 24-ü ayıldı. Reanimasiya şöbəsində idi, əlindən tutdum, əsəbi formada dedi ki, burada qala bilmirəm kimsə qışqırır. Ayrı otağa keçirtdilər. Son nəfəsinə qədər də o otaqda qaldı. 4-5 gün hardasa yaxşı idi. 

Son iki gündə həkim mənə dedi ki, ona əziyyət vermə. Dedim, yox, sonra bu, mənə əzab verər. Çox adam gəlib məni bu fikrimdən döndərmək istədi. Kim öz atasını aparatdan ayırmağa razı olar? Ürəyim partlayırdı. 29 oktyabrda gecə 4-ə qalırdı, xəstəxandan zəng gəldi. Atamın gözünün içini açıb göstərdilər, bu mənzərə gözümdən getmir. Dedilər, incitmə onu. Nardaranda pir var, həmişə deyirdi ki, xəstlənəndə mənə oradan su gətir sağalacağam. Dedim, oradan su gətirdilər mənə. 

Bunu ilk və son dəfə burada deyirəm. Bir gün mən də həyatda olmayacağam. Kimsə Məmmədbağır Bağırzadə haqqında film çəkəcək. Bu söhbətdən istifadə etsinlər. Bir qohumum yuxu görmüşdü. Atamın anasının adı Mərziyə idi, yaşlı bir qohum qadın var, zəng etdi ki, yuxuda onu ağ kostyumda gördüm. Bəs, nənən onu gözləyir. Getdim gecə 4-də nənəmin qəbrinin üstünə, yalvardım ona ki, aparma atamı. Son ümidim, o idi. Bir anlıq başımı qaldıranda gördüm səs gəlir. Sən demə mənim xətəxanadan çıxdığımı görüblər. Bir də gördüm ki, kənddə nə qədər qohumuz var, qəbirstanlığa gəliblər. Həmin o quyunun suyundan pambıqla atamın dodaqlarına vurdum, ayaqlarına kəlmeyi-şəhadət oxudum, öpdüm əlindən-ayağından... 

Hər gün atamın bir saatı var, ona baxıram, tərpədib qoyuram ki, işləsin, dayanmasın. Elə bilirəm ki, duracaq çağıracaq mənimlə. Bəlkə bir gecə olub ki, onu yuxuda görməyim. Gecələr onunla danışıram. Yuxuda atamı narahat görürəm".

Qeyd edək ki, Məmmədbağır Bağırzadə 2005-ci il, oktyabrın 30-da vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun