Səidə onların toya yazdırdığı məbləği açıqladı

Səidə onların toya yazdırdığı məbləği açıqladı

Müğənni Səidə Sultan sənət adamlarının onun toyuna yazdırdığı məbləği açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "İncə səhər" proqramında danışıb.

O, aparıcı Vüsalə Əlizadənin suallarını cavablandıraraq, bunları deyib:

"Röya 2000, Natavan Həbibi 2000, Nura Suri 2000 manat, Könül Kərimova 500 dollar, Günay İbrahimli, Nazilə Səfərli, Fatimə Fətəliyeva və Vüsalə Əlizadə 500 manat pul yazdırıblar". 

Səidə məclisə gəlməyən sənət adamlarından da danışıb:

"O qadın müğənninin adını açıqlamaq istəmirəm. Amma mən onun qızının, oğlunun toyunda və özünün dəfələrlə ad günlərində gözəl şəkildə iştirak etmişəm. Onu çağırdım, amma toyuma gəlmədi, heç pul da göndərmədi. Elə müğənni də oldu ki, gəlməsə də, pul göndərdi".

Qeyd edək ki, Səidənin toyu sentyabrda olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun