"42 il onun kölgəsində böyümüşəm" - FOTO

"42 il onun kölgəsində böyümüşəm" - FOTO

"60 yaşlı çinar. 42 ilini onun kölgəsində böyümüşəm! Məni var gücü ilə qoruyub və kökündən sevgi ilə bəsləyib. Mən də ona sevgi ilə yazıram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkədə əmisi ilə birlikdə paylaşdığı fotoya yazıb.

O, əmisinin doğum günü olduğunu bildirib:

"Yadındadır, əlimə kiçik su vedrələri verib, Gəncədəki parkda çinarlara bir-bir kəhrizdən su gətirib tökməyim?! Gecə sən gələcəksən və məni atraksiona aparacaqsan deyə necə həvəslə gözləməyim?! Yeni bir şey icad olunursa, əmim mənə mütləq alacaq deyə səbirsizlənməyim?! Böyüdükcə daha çox sənə bağlanmağım?! Sirrlərimi hamıdan tez səninlə bölüşmək üçün can atmağım?! Sən demə, hər şey çinara su tökməklə başlayırmış... Mənə insanlığı, canlılara münasibəti və sevgini öyrədirmişsən! Ona görə də bu gün mənim sevgi çinarım məhz sənsən. Əmi, sağlam və uzun yaşa. Bilirsən, varlığın bəsimdir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun