Dünyaca məşhur aktrisa Bleyk Layvli müğənni Britni Spirsin 21 il əvvəlki “look”unu təkrarlyıb.
OLAY yazır ki, Bleyk ötən gün film qalasına Britninin 2003-ci ildə geyindiyi libasla qatılıb.
Bleyk “Versace” markasına məxsus sarı və çəhrayı tonlarında olan, parıltılı libas haqqında da danışıb.
O bildirib ki, Britninin özü və hekayəsi onun üçün çox önəmlidir. Ulduzu sevdiyi üçün bu addımı atan Bleyklə Britninin fotosu da sosial şəbəkələrdə müqayisə olunub.