“Həmkarlarım canlı oxumaqdan qaçırlar”

“Həmkarlarım canlı oxumaqdan qaçırlar”

Müğənni Namiq Qaraçuxurlu həmkarları ilə bağlı diqqət çəkən açıqlama verib.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Xəbər - ətər” verilişində danışıb. Qaraçuxurlu bildirib ki, sənət yoldaşlarından fərqli olaraq o, hər zaman canlı ifalara üstünlük verir:

“Konsertlərimdə şou tərəfini artıq düşünmürəm. Nələrsə edim, misal üçün – göydən düşüm, yerdən çıxım və sairə. Təbii ki, bunlarda gözəldir və lazımlıdır. Amma əsas konsertlərimin gücü ondadır ki, tamaşaçılar mənimlə birgə canlı mahnılarımı oxuyur. Çox zaman həmkarlarım canlı oxumaqdan qaçırlar. İstirahət mərkəzlərinə çıxış etmək üçün dəvətlər alanda deyirəm ki, elə edin, orada musiqiçilər məni müşaiət etsinlər və canlı oxuya bilim. Mənim üçün ən böyük qismət və hədiyə insanların mahnılarımı əzbər bilməsidir”.

Rəşad Əliyev