Amerikalı məşhur müğənni Holzi 20 yaşında övladının tələf olduğunu bildirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı "She MD" podkastına verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, hadisə konsert zamanı baş verib.
Halsey baş verənlərə baxmayaraq çıxışını davam etdirməli olduğunu qeyd edib:
"45 dəqiqəyə yaxın davam edən şoudan sonra dayanacaqda qaytardım. Bütün gecə özümü pis hiss etdim".
Holzi 20 yaşında hamilə qalmaq arzusunda olmadığını bildirib:
"Karyeramla çox məşğul idim. Bir rahatlıq hissi keçirdim. Lakin bununla yanaşı, utancaqlıq, günahkarlıq və kədər hissləri də var idi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun