Xalq artisti Emin Ağalarov "Fametime TV"yə müsahibəsində həyat yoldaşı Alyona Qavrilova ilə ailə qurmasından danışıb.
- Emin "DreamFest"ə bu qədər pul xərcləyib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Alyona ilə bu ilin mayında rəsmi nikah bağladığını təsdiqləyib.
"Biz çoxdan toyu necə edəcəyimizi haqqında düşünürdük. Münasibətlərimizi rəsmləşdirməyimizin şərəfinə tarix seçdik, imza atdıq və nahar etdik. Təxminən 60-70, bəlkə də ən yaxın 80 nəfər var idi. Çox yaxın qohumlarımız iştirak etdi. Bu dəfə atam bizi təbrik etməyə gəldi. İlk toyumuz möhtəşəm keçdi, sonra ayrıldıq. İlk toyumuzda rəsmi nikahımız yox idi. Bunun üçün müxtəlif səbəblərimiz var idi. Sonra ayrıldıq və bizim Aifina adlı qızımız oldu. Yenidən bir araya gəldik. Sonra qərara gəldik ki, nikahımız qanuni olmalıdır. Bu ilin mayında evləndik və restoranımda yaxınlarımızla yığışdıq. Gözəl axşam idi. Həmkarlarım çıxış etdilər. Həyat yoldaşımla xoşbəxtəm. Bizim bir tərəfdən uyğun gəlməyən xarakterimiz, digər tərəfdən harmoniyamız var. Çünki Alyona çox sakitdir. Mən evə gələndə məni sakitləşdirməyi bacarır. Alyonanı çox sevirəm, 10 ildən çoxdur ki, bir yerdəyik. Mən ona yenidən evlənmə təklif etdim. Ona dəfələrlə evlilik təklifi etdim. Amma o dərhal razılaşmadı, çünki iki dəfə eyni gəmiyə ayaq basmaq istəmədiyini söylədi. Cavab verdim ki, mən elə gəmi deyiləm, sən istənilən sayda oraya addım ata bilərsən. Neçə il ara-ara ona evlilik təklifi edirdim, amma o, bundan imtina edirdi. O, Moskvada yaşayır. Ara-ara buraya qızımızla birgə gəlir. Bu, Afinanın tətillərindən asılıdır. Onun tətili olanda mən onları razı salıram ki, buraya gəlsinlər. Qışda bu az olur. Həm də Alyona təyyarə ilə uçmaqdan qorxur" deyə, Emin bildirib.
Müğənni Alyonanın böyük oğlu Rüstəmlə bağlı sualları da cavablayıb:
"Alyonanın Rüstəm adlı böyük oğlu da var. O, Avropada yaşayır. Ara-sıra gəlir. Mənim övladlarım bu yaxında Türkiyədə idilər. Rüstəm də onlarla idi. Tətillər imkan verir ki, biz bütün uşaqlarımızla birgə bir yerə toplaşaq. Mənim ən çox həzz aldığım an bütün övladlarımızla bir masa arxasında əyləşib yemək yediyimiz vaxtdır. Rüstəmlə əkizlərim demək olar eyni yaşdadırlar. Amma onların elə yaş dövrüdür ki, fərdli maraqları var. Qız dostları var, harasa getməyi özləri planlaşdırırlar. Qürurverici haldır ki, balaca olanda gəzdirdiyim uşaqlarım indi həmkarlarıma çevriliblər. Ötən yay yanımda təcrübə keçməyə gəlmişdilər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun