84 yaşında dördüncü dəfə ata olan Al Paçinonun kiçik oğlu 1 yaş 2 aylıqdır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, məşhur amerikalı aktyor Al Paçinonun ötən il dördüncü övladı dünyaya gəlib. Uşağın anasının 30 yaşı var. Nur Alfallah dostu ilə Los-Anceles küçələrində gəzərkən ilk dəfə 14 aylıq Romanın üzü görünüb.
"Daily Mail" qəzeti yazıb ki, Al Paçino Nur Alfallahdan uşağın onun olduğunu göstərən DNT testi istəyib. Bundan sonra Al Paçino Roman üçün aliment olaraq ayda 30 min dollar ödəməyə razı olduğunu deyib. Məşhur aktyor həm də kiçik oğlu üçün kollec fonduna hər il 15 min dollar ödəyəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun