“Xəbəri eşidəndə göz yaşı tökdüm”

“Xəbəri eşidəndə göz yaşı tökdüm”

Əməkdar artist Gülşad Baxşıyeva Prezident İlham Əliyev tərəfindən təltif olunmasından danışıb.

Milli.Az xəbər verir ki, bu barədə aktrisa olay-a özəl açqlama verib.

O bildirib ki, xəbəri eşidəndə kövrəlib:

"Başda rektorumuz Ceyran xanım olmaqla universitet heyəti ilə səhər tezdən Ulu Öndər Heydər Əliyevi ziyarət etdik. Ondan da sonra Şəhidlər xiyabanına yollandıq. Yağış da aramsız yağmağa davam edirdi, ondan sonra evə gəldim. Zəng etdilər ki, Prezident  təqaüdünə layiq görülmüsən. Bu sözü eşidəndə ürəyim çrpınmağa başladı, həyəcanlandım. Dedim, inanmıram axı, yalan deyirsən. Dedi ki, yox, indi sərəncamı sənə göndərəcəm, oxuyarsan. Cavab verdim ki, doğrudan?  O kəlməni bir az fərqli söylədim. Özümdən asılı olmadan gözlərim doldu, yaş tökülməyə başladı. Çox həyəcanlıyam. Hər ay müəyyən bir məbləğ alacağım üçün yox, yadda qaldığım üçün həyəcanlandım. Yəni doğrudan bu səfər də məni yada saldılar? Dedilər, sən buradasan və bu mükafata layiqsən. Bu, sayılmaq hissidir.  Buna görə, həyəcanlandım, gözümdən yaş gəldi. Prezidentimiz çox sağ olsun. Allah onu bizim millətimizə, dövlətimizə çox görməsin. Daim var olsun. Allah ona can sağlığı versin".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun