Uşaq aktrisa kimi məşhurlaşan, daha sonra pop ulduzu olan Hilari Daff dördüncü dəfə ana olmağa hazırlaşır.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir gənc yaşına baxmayaraq şou-biznesdə olan müğənni 36 yaşında analıq sevincini bir daha yaşayacaq.
Ailəyə qoşulacaq yeni körpə Hilari Daffın dördüncü övladı və 2019-cu ildə evləndiyi ikinci əri Metyu Komadan dünyaya gətirdiyi üçüncü övladı olacaq.
Məşhur müğənni İnstaqramda paylaşdığı və bütün ailənin qatıldığı yeni il şənliyi pozası ilə körpə müjdəsini verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun