Puqaçovanın villası əlində qaldı...

Puqaçovanın villası əlində qaldı...

Rieltorlar Rusiyanın Xalq artisti Alla Puqaçovanın Moskva vilayətindəki dəbədəbəli bağ evini satışa çıxarsalarda amma alıcı tapa bilmirlər.

OLAY yazır ki, alıcı qıtlığı yaşadığına görə, əmlakçılar Berejki kəndindəki evi icarəyə verməyə çalışırlar ki, təmir xərclərini ödəsinlər və bundan bir az pul qazansınlar.

Agentliklərdən biri Puqaçevanın malikanəsini 2 milyon rubla (təxminən 39200 manat) kirayə təklif edirlər.

2014-cü ilin martında Puqaçova bu evi yeganə sahibi olan nəvəsi, musiqiçi Nikita Presnyakova verib. 

Evdə kondisioner, videomüşahidə və siqnalizasiya sistemi ilə təchizat və havalandırma sistemi var. 

Birinci mərtəbədə - qazanxana, ev kinoteatrı, köməkçi otaqlar, mətbəx, kaminli qonaq otağı, yemək otağı, iş otağı, qonaq, yataq otağı, hovuz və hamam, yardımçı otaqlar və soyunub-geyinmə otaqları var.

İkinci mərtəbə -  öz vanna otağı olan üç yataq otağı, ofis, soyunma otağı və vanna otağı olan yataq otağı, kaminli zal var. Üçüncü mərtəbə - panoramik pəncərələri olan istirahət zonası, bar və bilyard otağı  var. Həmçinin mülkün lifti, üç maşınlıq qarajı da mövcüddur. Villanın böyük ərazisində sahəsi 60 kv olan ayrı iki mərtəbəli binada var. Orada isə qaraj, qazanxana və generator otağı, işçi otaqları, mühafizə otağı da var.

Rəşad Əliyev