"Həyatda mən adi Rasiməm. Amma səhnədə və yaxud ekrandsa kiminsə rolunu oynayıram. Yəni mən həyatda artistlik (aktyorluq - red.) edən insanlardan xoşum gəlmir. Bu sənəti həyatda yox səhnədə və ekranda göstəməlisən. Həyatda insan "ölü" olmalıdır. Allah onu necə yaradıbsa elə də olmalıdır. Məndə çalışmışam ki, vicdanla yaşayım".
- ""Şortik" geyinmək istəyərəm, amma..." - VİDEO
- "Gəncliyim də bir zibil olmayıb" - VİDEO
- Rasim Balayev əməliyyatdan sonra ilk dəfə - FOTOlar
Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri 75 yaşına qədəm qoyan Xalq artisti, Şöhrət və Şərəf ordenli Rasim Balayev "Xəzər xəbər" verilişinə müsahibəsində deyib.
Sənətkar bildirib ki, Qarabağ haqqında çəkiləcək filmlərdə qocaman hərbçi obrazını canlandırmaq istəyir:
"Əminəm ki, Qarabağ haqqında yaxşı filmlərimiz olacaq. Biz oradaki şəhidləri, qaziləri və müharibədə iştirak edən insanları ekrana gətirməliyik. Tamaşaçılarda onları görməlidir. Məndə bir yaşlı insan kimi bu günləri görmək istəyirəm. Düzdü, o fimlərdə yaşıma görə, əsgər rolunu oynaya bilmərəm. Orada qocaman hərbçini canlandıra bilərəm. Ümid ilə yaşayıram ki, belə də olacaq".
Qeyd edək ki, Rasim Balayev bu ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun