Ötən gün 4 illik evliliklərini qeyd edək məşhur cütlük Sevda Yahyayeva və Zakir Bayramov növbəti dəfə xaricə tətilə yollanıblar.
OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkədə məlumat verib.
Yahyayeva hekayə bölümündə həkim – genetik əri ilə birgə Heydər Əliyev Hava Limanında videolar paylaşaraq istirahətə getdikləri şəhərlər haqqında məlumat veriblər:
“Soyuq şəhərlərin birinə gedirik. Özümüzlə isti geyimlər götürmüşük. Bu dəfə ki, tətilə ikimiz gedirik. Bu tətil qısa müddətlik olacaq. Olmadığımız bir şəhərlərə yollanırıq. Biz orada çox olmaq istəyirdik”.
Aşiqlər vurğulayıblar ki, onlar Bakıdan Dohaya daha sonra 7 – 8 saatlıq uçuşla adını hələlik gizli saxladıqları şəhərə yollanacaqlar.
Sevda növbəti paylaşımlarında Dohadaki hava limanında əri ilə gəzərək qəhvə keyflərini nümayiş ediblər.