"Yalı Çapkını" serialında "Defne" obrazını canlandıran aktrisa Mine Tuqayın yaşına meydan oxuyan paylaşımları diqqət mərkəzindədir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuqayın xarici görünüşündəki dəyişikliklər izləyiciləri tərəfindən hər zaman geniş müzakirə edilib.
46 yaşlı aktrisa gözəlliyinin sirrini açıqlayıb.
Dərisi üçün xüsusi krem hazırladığını bildirən aktrisa "Bal, sarıkök və limon suyu ilə hazırlanmış maskam var, arabir tətbiq edirəm. Sizə də tövsiyə edirəm. Balanslı hiss etmək üçün isə yoqa ilə də məşğul oluram" deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun