Dünya pop səhnəsinin ulduzu Şakira naməlum kişi ilə şam yeməyinə gedib.
Milli.Az olay-a istinadən bildirir ki, keçmiş sevgilisi, futbolçu Jerard Pikedən ayrıldıqdan sonra artıq sağalmış kimi görünən 47 yaşlı müğənni Mayamidə lüks restoranlarının birində bir kişi ilə görüntülənib.
Paparasilər həmin anları lentə alaraq "Daily Mail" nəşrinə təqdim ediblər.
Müğənni görüşə yarımşəffaf qısa libas və hündürdaban ayaqqabı geyinib. Ulduz görünüşünü kiçik bir çanta ilə tamamlanyəb. Şakira şam yeməyində tez-tez qarşı tərəfə gülümsəyib, lakin jurnalistlər onun kimliyini hələ də müəyyənləşdirə bilməyiblər.
Xatırladaq ki, pop ulduz "Emili Parisdə" serialının 32 yaşlı ulduzu Lusyen Laviskont ilə münasibətdə şübhəli bilinirdi və bir il əvvəl çoxları onun yarışçı Lyuis Hamiltonla görüşdüyünə əmin idi. Şakiranın özü "Rolling Stone" dərgisinə verdiyi müsahibədə 23 yaşlı tələbə Klara Çia Marti ilə ona xəyanət edən futbolçu sevgilisi ilə ağrılı şəkildə ayrıldıqdan sonra hələ münasibət haqqında düşünmədiyini bildirmişdi.
Şakira və 37 yaşlı Jerard Pike 11 il birlikdə olublar. Cütlüyün iki oğlu var: 11 yaşlı Milan və 9 yaşlı Saşa. Məşhurların ayrılması 2022-ci ilin yayında məlum olub və buna səbəb Jerardın xəyanəti olub. Şakira münasibətlərinin pozulması ilə çətin anlar yaşayəb. O, Pikeni və onun yeni sevgilisini açıq şəkildə tənqid edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun