Reytinqli "Bahar Uyanmaya Hazır Mısın?" serialında yeni mövsümə hazırlıqlar davam edir.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, Neslihan Yeşilyurtun rejissorluğunu etdiyi ekran işi üçün xeyli aktyorla danışıqlar aparılır.
Serialda yeni simalar olacağı bildirilib.
Ekran işinə Uğurun (Devrim Kabacaoğlunun) atası Həbib, həkim Evrenin (Buğra Gülsoy) mənəvi oğlu Cem və xəstəxanada işləyən Kiraz və Çağlanın (Elit Andaç Çam) dostu Zuhal obrazı qatılacaq.
Layihənin ikinci mövsümü sentyabrın 17-dən etibarən ekranlara çıxacaq.
Xatırladaq ki, "Bahar Uyanmaya Hazır Mısın?" senari müəllifi Ayça Üzümdür.
Baş rollarda Demet Evgar, Mehmet Yılmaz Ak və Buğra Gülsoy kimi aktyorlar çəkiliblər. Avqustun 20-dən sonra serialın çəkilişlərinə start veriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun