Türkiyənin meqastarı Tarkan Tevetoğlu həyat yoldaşı Pınar Dileklə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, 51 yaşlı sənətçi xanımı ilə çəkdirdiyi selfisini sosial şəbəkə hesabında yayımlayaraq onu 38 yaşı tamam olması münasibəti ilə təbrik edib.
“Nə yaxşı ki, doğulmusan Pınarım. Nə yaxşı ki, varsan yoldaşım, ən yaxşı dostum... Sağlıqda, xoşbəxtlikdə, eşqlə daha gözəl illərə... Səni sevirəm”, - deyə Tarkan yazıb.
Qeyd edək ki, 2016-ci ildə Pınarla evlənən Tarkanın bu nikahından 2018-ci ilin 12 iyul tarixində Liya adlı qız övladları dünyaya gəlib.
Rəşad Əliyev