Müğənni Azad Şabanov və həyat yoldaşı Tamaranın evliliklərinin 5-ci ildönümüdür.
OLAY yazır ki, bu münasibətlə sənətçi sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.
Şabanov xanımı ilə əl-ələ nikah haqqında şəhadətnamələrinin fotosunu izləyiciləri ilə bölüşərək “11.08.2019 - maşallah” qısa şərhini yazıb.
Digər paylaşımda isə xanımı Tamaranın bu münasibətlə önündə tortla çəkdiyi şəkili yayımlayıb.
Qeyd edək ki, A.Şabanov Tamara ilə 2019-cu ildə ailə qurub.
Cütlüyün 2021-ci ildə Səid Əli, 2022-ci ildə isə Pənah Əli adlı oğulları dünyaya gəlib.
Rəşad Əliyev