“Üç gündür ki, vəziyyəti ağır idi. Onkoloji xəstə idi. Mədəaltı vəzində xərçəng var idi. Martdan xəstə idi, hər şey edirdilər, lakin elə orqandır ki, müalicə olunmur”.
Bu sözləri OLAY-a açıqlamasında Xalq artisti Ramiz Məlikin bacısı Pəricahan xanım deyib.
O, aktyorun hər şeydən razı olduğunu bildirib:
“Ona dövlətimiz tərəfindən diqqət ayrılmışdı. Həmişə razı idi. Deyirdi ki, 80 il yaşadım, yaxşı da yaşadım. O, öncə kovid oldu, sonra isə televizorda görünmək istəmirdi. Bəlkə özünə yaraşdırmırdı. Avqustda ad günü olmuşdu, yaxşı idi. Çox arıqlamışdı, axır iki ayda lap arıqlamışdı”.