Əməkdar artist Rəşidə Behbudova atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, R.Behbudova atasının fotosunu yayımlayaraq onun ad günü olduğunu yazıb:
"Canım, sevimli atam, doğum günün mübarək. Sən mənim, bizim və Azərbaycanın fəxrisən. Çox darıxıram, ata, çox... Amma adın, ruhun, dəstəyin həmişə mənimlədir. Və anam yaxındır. Mənim gözümdə, ruhumda, ürəyimdə sənin və onun surətidir. Doğum günün mübarək, təkrarsız maestrom, musiqi ustadım, Rəşid Behbudovum".
Qeyd edək ki, R.Behbudovun anadan olmasının 108 ili tamam olur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun