Dünya şöhrətli supermodel Naomi Kempbell Səudiyyə Ərəbistanından olan 38 yaşlı milyonçu və prodüser Məhəmməd Əl Turki və qızı ilə birlikdə İbizada istirahətini davam etdirir.
OLAY yazır ki, 54 yaşlı podium ulduzu tətilindən yeni fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
90-cı illərin ulduzu iddia edilən sevgilisi ilə bir neçə selfi, bikinidə şəkli və modelin üç yaşlı övladı olan iki qızla foto paylaşıb.
Mohammed Al Turki, həmçinin Naominin çimərlik paltarında çəkilmiş şəklini və cütlüyün Uil Smitlə birgə fotosunu yayımlayıb.
Qeyd edək ki, Naomi və Mohamed artıq bir neçə ildir ki, münasibətdə olmaqda şübhəli bilinir. Cütlük birlikdə çox vaxt keçirir. Model Mohammedin direktoru olduğu BAFTA Mükafatları, Moda Həftəsi, Kann Film Festivalı və Qırmızı dəniz festivalında birlikdə iştirak edirlər.
Xatırladaq ki, Naomi Kempbell surroqat ana sayəsində dünyaya gələn iki uşaq böyüdür. 2021-ci ildə modelin qızı, iki ildən sonra isə oğlu dünyaya gəlib.