Teleaparıcı Zaur Kamalla müğənni Şəbnəm Tovuzlu arasında gərginlik yaşanıb.
Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, o, "Həmin Zaur" proqramında qonaq olan Şəbnəm Tovuzlunun qolundan yapışaraq onu zorla müayinəyə aparmaq istəyib.
Müğənni müqavimət göstərib və bunu istəmədiyini bildirib:
"Yox, Zaur, istəmirəm. Özümə söz vermişəm, qurban olum, mənə elə şeylər eləmə! Heç bir xəstəliyim yoxdur, Allaha şükür mənə nə olub ki?! Belə şeylər istəmirəm! Eləmə! Başqa ifaçılar var, onlara elə, o qədər xanımlar var, xəstədir, ağrıyırlar, onları "check up"a sal. Mənə nə olub ki, sağlam qızam".
Milli.Az