Renkaya görə taksi sürücüsü cəzalandırıldı

Renkaya görə taksi sürücüsü cəzalandırıldı

Rəqqasə Rəna Ağamuradova (Renka) "Uber"dən sifariş verdiyi taksi sürücüsündən şikayətlənib. Buna səbəb sürücünün qışqıraraq və təhqirlər səsləndirməklə telefonda danışması olub. 

Video paylaşan rəqqasə bu sözləri qeyd edib: 

"Bu da "Uber" taksi. Bütün yolu qışqırıq, sonra da söyüş başladı. Telefonu söndürəndən sonra üzr də istəmədi". 

Sözügedən taksi şirkəti hadisəyə laqeyd qalmayıb.

Milli.Az bildirir ki, məsələ ilə bağlı "Uber" şirkətinin mətbuat xidmətindən Rüstəm Əzimov "Yeni Sabah"a açıqlama verib:

"Sürücünün bu cür davranışı yolverilməzdir və xidmət standartlarına uyğun gəlmir. Dəstək xidməti artıq operativ şəkildə sərnişinlə əlaqə saxlayıb və  partnyor servisin sürücüsünün sifarişlərə daxil olmasını əngəlləyib". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun