“Özümdən halallıq istəyirəm”

“Özümdən halallıq istəyirəm”

“Mənə də halal olsun. Ona görə ki, qarşımdakı insanlar pis olmasın, sıxılmasın, özünü yaxşı hiss etsin deyə əlimdən gələni edirəm”.

OLAY yazır ki, bu sözləri “Xəbər-ətər” verilişində aparıcı Zümrüd Bədəlova deyib. O fikirlərinə bunları da əlavə edib:

“Onların qırılmaması üçün hər şeyi fəda edirəm. Ən böyük halallığı da özümdən istəyirəm. Özüm yaralı olduğum halda onların yaralarını sağaltmaq üçün göstərdiyim cəhdlərə görə halallıq istəyirəm. İl sonu yenə mənə gəliblər. Gördüm ki, ən böyük halallığı da özümüzdən istəməliyik”.