ARB telekanalının aparıcısı Əfruzə Ağayeva müğənni Samir Bağırovun yeni görünüşündən şoka düşüb.
Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" verilişinin canlı yayımında o, müğənninin Samirdən Samirəyə çevrildiyini bildirib:
"Bismillah! Samir olub Samirə! Siz deyin, məni qalmaqala salırsınız. Kişi niyə makiyaj etsin axı?! Kişidirsə, niyə makiyaj etsin? Heç mən bu cür makiyaj etməmişəm. Mən kiminsə şəxsi həyatına qartışmağı xoşlamıram, amma bu lap ağını çıxarmaqdır. Lazım deyil, Samir, sən efirlərə belə çıxma".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun