Alla Puqaçovanın illərlə gizlətdiyi xəstəliyi açıqlandı

Alla Puqaçovanın illərlə gizlətdiyi xəstəliyi açıqlandı

"Rusiya estradasının kraliçası Alla Puqaçova 38 yaşından bəri podaqradan əziyyət çəkir".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Rusiya mediasına onun rəfiqəsi və dərzisi olan Lyubov Aksenova söyləyib.

"O səhnəyə hündürdaban ayaqqabılarla çıxmalı olurdu. Biz kulisdə əlimizsə  soyuq suda isladılmış dəsmal və buzla onu gözləyirdik. Mahnısını ifa edib səhnə arxasına keçən kimi ayaqqabılarını çıxarıb atır, biz onun ayaqlarına qulluq göstərirdik. Alla həmişə bir ayağına o biri ayağından bir ölçü böyük ayaqqabı geyinirdi.

Həkimlər onun bu problemini müalicə edə bilmirdilər.  O çox ağrısa da, bu barədə heç kimə heç nə demirdi, podaqranı sirr kimi saxlayırdı", - rəfiqəsi bildirib.

Qeyd edək ki, podaqra oynaqların xroniki iltihabi xəstəliyidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun