"Barbi" filminin rejissoru Qreta Qerviq 2024-cü ildə Kann Film Festivalında münsiflər heyətinə rəhbərlik edəcək.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Variety" məlumat yayıb.
"Mən film çəkməyi, filmə baxmağı və bu haqda danışmağı sevirəm. Kinomanlar üçün Kann həmişə kinonun universal dili ola biləcəyinin göstəricisi və zirvəsidir. Festivalda münsiflər heyətinin sədri olacağım üçün həyəcanlıyam. Bizi nələrin gözlədiyini görməkdən ötrü səbirsizlənirəm" - rejissor deyib.
Nəşr qeyd edir ki, Qerviq Kann Film Festivalının münsiflər heyətinə rəhbərlik edən ilk amerikalı qadın rejissor olacaq.
77-ci Kann Film Festivalı gələn il mayın 14-dən 25-dək keçiriləcək.
Milli.Az