"Sevgilim işə getməyim deyə mənə 1 milyon verib" - FOTOlar

"Sevgilim işə getməyim deyə mənə 1 milyon verib" - FOTOlar

Parisdə moda tələbəsi kimi çalışan 25 yaşlı fenomen sevgilisiylə tanış olduqdan sonra dəyişən həyatı haqqında müsahibə verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Yelena Lala 2020-ci ilin sentyabrına qədər  Parisdə moda tələbəsi kimi işləyib. O, həmin il sevgilisi ilə instaqramda tanış olub.

34 yaşlı sevgilisi Lalə ilə şəxsən görüşmək üçün həmin şəhərə gəlib və o vaxtdan bəri onu maddi cəhətdən təmin edir.

Fenomenin "News Service"-ə verdiyi müsahibədə "Hər bir xərc onun üzərinə düşür" deyib. "Mən heç vaxt heç nəyə görə narahat olmamalıyam. Stresssiz həyat sürürəm" deyə əlavə edib.

Lalə sevgilisinin adını açıqlamasa da, onun texnologiya sahəsində çalışan Nyu-York sakini olduğunu deyib.

Cütlük vaxtlarını tez-tez ölkədən ölkəyə səyahət edərək, dəbdəbəli otellərdə qalaraq keçirir.

Məşğul olmaq üçün heç bir işi olmayan Lalə hər gün istədiyini edir.

Sevgilisinin pulundan istifadə etdiyinə görə özünü günahkar hiss etməyən Lalə istirahət etməyi çox sevdiyini deyir:

"Düşünürəm ki, bir qadına qulluq etmək kişinin məsuliyyətidir. Kişi həqiqətən bir qadını sevəndə, təbii olaraq bacardığı qədər onu təmin edir" .

Keçmiş moda tələbəsi indi digər qadınları onlara qayğı göstərmək üçün əlindən gələni etməyən bir kişi ilə kifayətlənməməyə çağırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun