Prezident bu TV ilə bağlı fərman imzaladı

Prezident bu TV ilə bağlı fərman imzaladı

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahısı genişlənib.

OLAY yazır ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, siyahıya aşağıdakı qurumlar əlavə edilib:

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.