Aparıcı Vüsalə Əlizadə atası Rafael Əlizadə və DSX-nin zabiti olan qardaşı Əlihüseyn Əlizadənin məzarını ziyarət edib.
OLAY yazır ki, bununla bağlı televiziya ulduzu sosial şəbəkə hesabında paylaşım edib.
Mərhum qardaşının ölümünün 3-cü ildönümü olduğunu bildirən Vüsalə, kədərini bu sözlərlə ifadə edib:
"Bu dünyada acısı dinməyən tək ayrılıq ölümdür. Həm gedən ölür, həm qalan ölür. Kaş ki, yolun düşsün bu dünyaya... Kaş ki, bir də mənim payıma düşəsən... Kaş ki, yenə mənim qardaşım olaraq dünyada var olasan... Boyum belə çatmayan sinənə qürurla başımı qoymaq, yaraşıqlı üzünü öpüb qucaqlamaq, mənim kişi balam deyib mənimlə dərdləşməyin üçün o qədər darıxmışam ki... Adın gələndə ürəyim param-parça olur. Ay mənim dağlara sığmayan dağım, ay sağalmayan, qaysaq tutmayan yaram, ay torpaqda böyüyənim, mən sən varsanmış kimi yaşayıram, sənə söz verdiyim kimi yaşayıram... Bircə bu tarixi təqvimdən silə bilsəm, sən hər gün varsan mənim üçün, torpaq payı qardaşım. Görüşəcəyimiz günə qədər can bağım, torpağa əmanətim".
Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə 3 il əvvəl yəni 15.08.2021-ci il tarixində dəhşətli avtomobil qəzasında dünyasını dəyişib.