Ötən gün türkiyəli məşhur aktyor Kadir İnanırın dünyasını dəyişdiyi ilə bağlı xəbərlər yayılıb. Bunun ardından aktyorun qardaşı oğlu Levent İnanır "Habertürk"ə açıqlamasında onun sağ olduğunu bildirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu xəbərdən sonra İbrahim Tatlısəs bir müddətdir səhhətində problemlər yaşayan Kadir İnanırla bağlı paylaşım edib. Tatlısəs illər əvvəl onunla çəkdirdiyi fotonu yayımlayıb və ustad aktyora şəfa diləyib.
"Əziz dostum, türk kinosunun dəyərli aktyoru Kadir İnanıra Allahdan şəfa diləyirəm. Bütün dualarım sizinlədir, Kadir ustad", - Tatlısəs qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun