Esmira Babayeva vəfat etdi - FOTO

Esmira Babayeva vəfat etdi - FOTO
Esmira Babayeva vəfat etdi - FOTO

Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

Milli.az apa-ya istinadla bildirir ki, bu barədə onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.

Esmira Babayeva bu gün dəfn ediləcək.

Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, "Dan ulduzu" instrumental ansamblının ilk skripka ifaçısı olub.

Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Esmira Babayeva vəfat etdi - FOTO
Mənbə: news.milli.az