"Gündə 14 saat yatıram" - Erotik film ulduzu - FOTO

"Gündə 14 saat yatıram" - Erotik film ulduzu - FOTO

"Yatmaq mənim üçün həyatda prioritetdir"

Milli.Az xarici mətbuata istinadla bildirir ki, bu sözlər "Bozun 50 çaları" filmi ilə şöhrət qazanan aktrisa Dakota Johnsona məxsusdur.

Yatmağa xüsusi önəm verdiyini vurğulayan aktrisa gün ərzində 14 saat yatdığını deyib.

"Gündə 14 saat yatıram, 10 saatdan az yatanda özümü qəribə hiss edirəm. Bacardığım qədər yatmağa çalışıram", - o bildirib.

Qeyd edək ki, Dakota erotik filmdəki çılpaq səhnələri barədə danışan zaman "Onsuz da hamı sinəmi görüb" deyərək diqqət çəkmişdi.

İsmayıl
Milli.Az