"Real"ın və İspaniya millisinin əfsanəvi qapıçısı İker Kasilyasın bacısı Alba "Günahlar adası" adlı realiti-şouya çəkilərək münasibətlərinin möhkəmliyini sınamağa hazırlaşır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, verilişdə beş cütlük bir adaya yollanacaq. Amma diqqət çəkən məqam odur ki, onlar adanın müxtəlif yerlərində qalmalı olacaqlar.
Alba şounun yeddinci bölümündə iştirak edən Robert adlı 33 yaşlı kişi ilə görüşür. Bildirilir ki, cütlük bir məclisdə tanış olub və bir ildir ki, birlikdədirlər. Onlar cəmi üç aylıq tanışlıqdan sonra birlikdə yaşayırlar.
29 yaşlı Alba daha əvvəl "Qadınlar və Kişilər" və "Vice Versa" adlı başqa bir ispan tanışlıq şousunda iştirak edib O, televiziyada görünməyəndə tez-tez "İnstaqram"da fotolarını paylaşır. Alba bədənini nümayiş etdirməyi sevir. Açıq-saçıq geyimlərdə qarın əzələlərini ön plana çıxarır.
Pərəstişkarları onun bikinili görünüşünü bəyənirlər. O, təkcə "İnstaqram"da 370 min izləyici toplayıb. Model cazibədar həyat tərzi sürür və tez-tez şənliklərdə və ya yaxtalarda görünə bilər. Alba daha əvvəl ispan aktyor Xesus Kastro ilə də görüşüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun