Mayamiyə köçən Günel: “Özümlə fəxr edirəm”

Mayamiyə köçən Günel: “Özümlə fəxr edirəm”

“Hər gün yarım saat belə yağış yağır. Ləzzət edir. Hava da Bakının yağışından bir xeyli sərindir. Baxmayaraq ki, rütubət yüksəkdir. Mayaminin yayını mən qat-qat isti gözləyirdim”.

OLAY yazır ki, bu sözləri illər əvvəl ABŞ-a köçən Azad Azərbaycan (ATV) kanalının keçmiş teleradioaparıcısı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

Bir həftə əvvəl qızı Jozefina ilə birgə Nyu-Yorkdan Mayamiyə köçən Günel bu şəhərin müsbət cəhətlərindən və komfortlu həyat şəraitindən danışıb:

“Bu gün Mayamidə yaşamağımızın bir həftəsi tamam oldu. Bura təsəvvür etdiyimdən çox yaxşıdır. Yəni hər şey burada o qədər əladır… Niyə mən bu zamana qədər Nyu-Yorkda yaşayırdım, heç bilmirəm… Nyu-Yorku sevirəm, o şəhərin yeri tamamilə başqadır. Amma yaşamaq və komfortlu həyat üçün Mayami çox əla və bir nömrədir. Burada hər şey komfortludur. Çox xoşbəxtəm ki, işimi evdən idarə edirəm. Zamanında belə bir sahədə iş əldə etdiyim üçün özümə minnətdaram. Rahatlıqla Mayamiyə köçmüşəm və işimi davam edirəm. Daha az vergi ödəyirəm. Əgər işinin onlayndırsa yəni evdən işləyirsinizsə və işlədiyiniz şirkət sizə başqa şəhərə köçməyə icazə verirsə düşünmədən bunu edin”.

Hümbətova bildirib ki, onlayın şəkildə işlədiyinə görə, Mayamiyə köçdüyü üçün daha az vergi ödəyəcək:

“Mən indi başa düşürəm ki, niyə insanlar Nyu-Yorkdan, Kaliforniyadan və San-Fransiskodan Mayamiyə axışıblar və köçməyə başladılar. Çünki burada həyat hər bir xırda detala kimi komfortludur. Amma yaxşı ki, həyatım Nyu-Yorkdan keçib. Oradan keçməsəydi mənim belə yaxşı işim olmazdı. Aldığım maaş o olmazdı… Onların qatqısı mənim üçün çox olub. Burada ştat vergisi yoxdur. Maaş alanda yalnız federal vergini ödəyirsiniz. Bu isə çox əla bir şeydir. Burada insanlar çox rahatdırlar. Nyu-Yorkdan hər kəs hər şeyi tez eləməyə çalışır. Amma Mayamidə belə bir şey yoxdur. Hamı hər şeyi ləng edir”.

Günel keçmiş həyat yoldaşı Firuz Soliyevin onun Mayamiyə köçməsini dəstəklədiyini vurğulayıb:

“Özümlə fəxr edirəm. Çünki uşaqla başqa ştata köçmək, bu riskə getmək asan iş deyil. Hətta keçmiş həyat yoldaşım Firuz və bir çox dostlarım mənim bu addımıma “Günel sənə halal olsun. Necə Amerikada ayaqların üstə bu cür bərk dayanırsan. Heç kimə ehtiyacın yoxdur” deyirlər. Bu heç də asan məsələ deyil. Siz arxada baş verən o çətin nyüansları görmürsünüz. Stresli məsələlər, heç də asan əldə olunmur. Buna görə də özümə minnətdaram və fəxr edirəm”.