Dünya ulduzu azərbaycanlı dizaynerin hazırladığı geyimdə poza verdi - FOTOlar

Dünya ulduzu azərbaycanlı dizaynerin hazırladığı geyimdə poza verdi - FOTOlar

Dünya pop səhnəsinin ulduzu Nikol Şerzinger məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın ərsəyə gətirdiyi geyimdə Los-Ancelesdə tədbirə qatılıb. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda həm müğənni, həm də dizayner sosial şəbəkə hesabında məlumat verib.

Nikol üzərinə Rüfətin təsisçisi olduğu "Afffair" brendinin "Resort/23" kolleksiyasında yer alan uzun, dərin sinə dekolteli, açıq yasəmən rəngdə libas geyinib. Əlbisədə diqqətçəkən məqam isə sinə hissəsinin gümüşü işləmələridir. Sözügedən nəfis və dəbdəbəli libasda obyektiv qarşısına keçən Şerzinger cazibədar pozlar verib. 

Qeyd edək ki, Adel, Beyonce, "Meqan Thee Stallion" və digər dünya və türk ulduzları Rüfət İsmayılın yaratdığı geyimləri geyinirlər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun