Xalq artisti Gülyaz Məmmədova bacısı Gülyanaq Məmmədovanın qayınanansının vəfatından danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "7 tamam" verilişinə qatılan xanəndə bunları deyib:
"Uzun illərdir İstanbulda yaşayır. 20 ildən çoxdur, onu bura gətirə bilmədilər. İşi, evi orada idi. Son vaxtlar qərar verəndə ki, Bakıya gəlmək istəyir, həyat imkan vermədi. Dövlət xəstəxanasında çalışırdı, həkim idi. Gülyanaq və həyat yoldaşı Ziya ona nəzarət edirdi. Tez-tez danışırdılar. Ziya ora çatdı, anasını yarım gün görə bilib. Elə həmin gün başını onun çiyninə qoyub gözünü yumub".
Qeyd edək ki, ötən həftə Gülyanaq Məmmədovanın qayınanası 79 yaşında vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun